Xocalı Soyqırımı – 20. Biblioqrafiya

Müəllif: Mahirə Məmmədova
İl: 2012
Nəşriyyat: M.F.Axundov adına Milli Kitbaxananın Mətbəəsi
Təşkilat: Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası
Dil: Azərbaycan

1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəldilmiş ən ağır soyqırım cinayətlərindən biri idi. Xatın və Sonqmi kimi dəhşətli faciələr-lə bir sırada dayanan Xocalı Soyqırımı neçə illərdən bəri ermə-nilərin öz havadarlarının dəstəyi ilə azərbaycanlılara qarşı yönəldilmiş etnik təmizləmə siyasətinin məntiqi nəticəsi idi.
Geniş oxucu kütləsinə təqdim olunan, Xocalı Soyqırımı-nın 20-ci ildönümünə həsr edilmiş bu vəsait, 2010-cu ildə nəşr edilən “Şəhidlər” biblioqrafik göstəricisinin davamı kimi nə-zərdə tutulmuş və oradakı materiallardan da istifadə edilmişdir. Göstəricidə 1992-2011-ci ilin fevral ayına qədər kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc edilmiş material-lar Azərbaycan və rus dillərində öz əksini tapmışdır.
Göstərici xronoloji prinsip əsasında hazırlanmış və hər ilin daxilində əlifba ardıcıllığına riayət edilmişdir. Bədii ədə-biyyat materialları ayrıca bölmədə verilmiş, müəlliflərin və sərlövhələrin əlifba göstəricisi tərtib edilmişdir.
Göstəricidə Xocalı Soyqırımı zamanı həlak olmuş in-sanların siyahısı da öz əksini tapmışdır. Vəsait tərtib olunarkən ola bilsin ki, şəhid olanların hamısını əhatə etmək mümkün olmamışdır. Ona görə də, adı çəkilməyən şəhidlərin ailələri və həlak olanların ruhu qarşısında baş əyib üzr istəyir, bütün şəhidlərə allahdan rəhmət, ailələrinə səbr diləyirik.
Nəşrlə bağlı arzu və rəylərini bildirəcək hər bir mütəxəs-sisə və oxucuya əvvəlcədən minnətdarlığımızı bildiririk.

Yüklə