Azərbaycan Xalça Muzeyinin Şuşa filialı
1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Qarabağ və ətraf ərazilər işğal olunmuş, bölgənin tarixi-mədəni dəyərləri məhv edilmiş, düşman tərəfindən talan olunmuşdur. Nəticədə, milli və beynəlxalq əhəmiyyətə malik 100 mindən çox mədəniyyət abidələri, o cümlədənn 22 muzey, 4 rəsm qalereyası, mədəniyyət və incəsənət əşyaları işğal olunmuş ərazidə qalıb və onların taleyi indi qədər məlum deyil.
1994-cü ilin yanvar ayında Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi YUNESKO-nun Baş direktoru cənab Frederiko Mayora və Beynəlxalq Muzeylər Şurasının Baş katibi xanım Elizabet de Porta “Azərbaycan milli sərvətlərinin qorunması üçün” müraciət etdi.1996-cı ildə UNESCO Azərbaycanın işğal olunmuş ərazilərində muzey obyektlərinə həsr olunmuş “Azərbaycanın itirilmiş mədəni dəyərləri” adlı liflet nəşr etdi.
Müharibənin törətdiyi acı fəsadlardan biri də Azərbaycan Xalça Muzeyi Şuşa filialının dağılması idi.
Filial 1987-ci ildə Şuşada – Mehmandarovun köhnə malikanəsində açılmışdı. Filialın missiyası dekorativ-tətbiqi incənətimiz olan qədim tarixə malik Qarabağ xalaçaçılıq məktəbinin ənənələrinin qorunması, öyrənilməsi və yaşadılmasına xidmət edirdi. Xalça Muzeyinin yerli və ənənəvi sənət növlərinin inkişafı və təbliğinə xidmət edən filialları ölkəmizin başqa bölgələrində də açılmışdır.
1992-ci ilin mayında erməni silahlı qüvvələri tərəfindən şəhərin ələ keçirilməsi nəticəsində Şuşa filialının kolleksiyası Bakıya – Azərbaycan Xalça Muzeyinə köçürülmüşdür. Şuşa şöbəsinin işğaldan xilas edilmiş eksponatları bu gün Azərbaycan Xalça Muzeyinin ekspozisiyasında nümayiş olunur.
Şuşa filialı muzeyi öz koleksiyasını xilas etməsinə baxmayaraq, o, Qarabağ mədəniyyətinin və incəsənətinin qorunması və təbliğatı, demək olar ki, rolunu itirdi. Şuşanın işğal olunması nəticəsində muzeydə qorunub saxlanan qeyri-maddi mədəni dəyərlər, həmçinin Şuşa mədəni mühiti məhv edildi, ənənəvi el sənəti ustaları yurdlarından uzaq düşdü. Mükəmməl Qarabağ mədəniyyəti öz kökü üzərində yaşamaqdan və inkişaf etdirilməkdən məhrum edildi. Belə bir şəraitdə Şuşa filialının fəaliyyət göstərməsi, özünəməxsus Qarabağ ənənəsini yaşatmaq və inkişaf etdirmək imkanını itirdi.
Bu saytın məqsədi – müharibə dağıdılmış və nəticəsində məhv edilmiş Qarabağ mədəniyyəti və Şuşa filialı muzeyi haqqında məlumat verməkdir.
Muzeyin xilas edilmiş kolleksiyası
Muzey bu gün