Böyüməyən Uşaqlar

Müəllif: “İrəli” İctimai Birliyi
Dil: Azərbaycan, İngilis subtitrları ilə

Heydər Əliyev Fondunun, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasın dəstəyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində “İrəli” İctimai Birliyi tərəfindən çəkilən “Böyüməyən uşaqlar” filmi İctimaiyyətə təqdim olunub. Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən filmin əsas məqsədi ermənilərin törətdiyi soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Filmdə Xocalıda törədilmiş soyqırımı haqqında geniş məlumat verilir. Eyni zamanda Xocalı faciəsinin canlı şahidi, soyqırımı zamanı bütün ailəsini itirmiş Mehdi Əliyevin təəsüratları fonunda bir daha həmin günün dəhşətləri anladılır.
Film əsasən 3 hissədən, məlumat, müsahibə və mesaj ibarətdir. Əvvəlcə Xocalı haqqında, faciənin baş vermə səbəbləri haqqında məlumatlarlar verilir. Həmçinin soyqırımından ən çox əziyyət çəkmiş Mehdi Əliyevin müsahibəsi və son olaraq Xocalıya ədalət mesajı çatdırılır.
Qeyd edək ki, film müxtəlif dillərə tərcümə edilərək Avropada, ABŞ və digər ölkələrdə nümayiş olunacaq. Bu gün isə filmin Türkiyədə geniş auditoriyaya təqdimat mərasimi baş tutub. Mərasimdə İrəli İctimai birliyinin sədri MirHəsən Seyidov, filmin ssenari müəllifi, Parlament Jurnalistləri birliyinin sədri, modern.az portalının baş redaktoru Elşad Eyvazlı, Türkiyənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “Böyüməyən uşaqlar” filmi Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabının motivləri əsasında çəkilib. Yaxın gələcəkdə filmin Almaniyada nümayişi nəzərdə tutulur. Həmçinin bu mövzuda bədii filmin çəkilməsi də planlaşdırılır.